Yığmamız Maltaya uduzdu

yigmamiz-maltaya-uduzdu
Oxunma sayı: 1196

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ikinci oyununu keçirib.

“Qafqazinfo”nun məlumatına görə, yığmamız Malta ilə qarşılaşıb.

İlk görüşündə böyükhesablı qələbəyə sevinən komandamız bu dəfə Maltaya 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, millimiz turnirdə keçirdiyi ilk oyunda Lixtenşteyn yığmasını 8:0 hesabı ilə məğlub edib.