Yığmamız olimpiadada mübarizəyə başlayır

yigmamiz-olimpiadada-mubarizeye-baslayir
Oxunma sayı: 674


"Qafqazinfo"nun Sportnet.az-a istinadən məlumatına görə, olimpiadada Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları da daxil olmaqla ümumilikdə 317 komanda iştirak edəcək.

Kişi şahmatçılardan ibarət yığmada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov təmsil olunacaq. Komandanın kapitanı Aleksandr Xalifmandır. Fikrət Sideyifzadənin kapitanı olduğu qadınlardan ibarət yığmada Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimova çıxış edəcəklər. Həmçinin olimpiadada ölkəmiz 10 hakimlə təmsil olunacaq.

Qeyd edək ki, avqustun 12-də Tromsoda Azərbaycan günü keçiriləcək. Mərasimdə olimpiadanın bayrağı 2016-cı ildə yarışa ev sahibliyi edəcək Bakı şəhərinin rəsmilərinə təqdim olunacaq. Tədbirdə Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının rəsmiləri iştirak edəcəklər.Olimpiada avqustun 15-də başa çatacaq.