Bu gün futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, saat 18:00-da Bakı İdman Sarayında start götürəcək Slovakiya yığması ilə oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Qarşılaşma azarkeşlər və media üçün qapalı olacaq.
AÇ-nin seçmə mərhələsi
29 yanvar
18:00. Azərbaycan – Slovakiya
Hakimlər: İrina Velikanova (Rusiya), Yuri Neverov (Rusiya), Hikmət Qafarlı (Azərbaycan).
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan).
Hakim-inspektor: Edi Sunyiç (Xorvatiya).
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).
Son xəbərlər
Son Xəbərlər