Yığmamız Uelsə 3 qol vurdu

yigmamiz-uelse-3-qol-vurdu
Oxunma sayı: 1501

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirdə ikinci turun oyunları keçirilib.

“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 3:0 hesablı qələbə qazanıb.

Komandamızın qollarını Tural Bayramov, Emil Qasımov və Elnur İbrahimov vurub.

Qeyd edək ki, Azərbaycan yığma komandası ilk oyununda Macarıstana 0:1 hesabı ilə uduzmuşdu. Komandamız qrupda son görüşünü isə mayın 10-da Slovakiyaya qarşı keçirəcək.