Yığmamız uğur axtarışında

yigmamiz-ugur-axtarisinda
Oxunma sayı: 703


”Qafqazinfo”nun  “Apasport.az” saytına istinadən  məlumatına görə, sonuncu – XI tur Azərbaycan milliləri üçün böyük əhəmiyyət daşıyır.

 Belə ki, kişilərdən ibarət komandamız uğurun bir addımlığındadı. Millimizin yarışda ilk mükafatını qazanması isə öz əlindədi. Bunun üçün komandamız ABŞ-a böyük üstünlüklə qalib gəlməli, əlavə əmsallara görə irəlidə olan əsas rəqiblərinin xal itirməsinə ümid bağlamalıdı.

 Orta reytinqinə əsasən 22-ci olan qadınlardan ibarət millimiz isə yarışı ilk “onluq”da bitirə bilər. Son görüşlərini qələbə ilə başa vuran komandamız Polşa ilə matçda da eyni uğuru təkrarlayarsa, kifayət qədər irəliləyəcək.

 

 14 avqust

XI tur

Kişilər

 AZƏRBAYCAN – ABŞ

Şəhriyar Məmmədyarov (2743) – Hikaru Nakamura (2787)

Teymur Rəcəbov (2724) – Qata Kamski (2706)

Rauf Məmmədov (2659) – Aleksandr Onişuk (2659)

Eltac Səfərli (2649) – Samuel Şahkland (2624)

 

Turnir cədvəli: 1. Çin – 17; 2. Macarıstan – 16; 3. Fransa, ...6. ABŞ, …9. Azərbaycan – 15

 Qadınlar

 

AZƏRBAYCAN – POLŞA

Zeynəb Məmmədyarova (2229) – Monika Socko (2470)

Gülnar Məmmədova (2334) – Yolanta Zavadka (2398)

Xəyalə Abdulla (2286) – Karina Şepkovska-Horovska (2380)

Türkan Məmmədyarova (2274) – Marta Bartel (2359)

 

Turnir cədvəli: 1. Rusiya – 18; 2. Çin, 3. Ukrayna -17; ...13. Polşa, ...15. Azərbaycan - 14