Yığmamız xal itirdi

yigmamiz-xal-itirdi
Oxunma sayı: 658

Azerisport.az xəbər verir ki, Nijni Novqorod təmsilçisinin çalışdırıcısı ona Nalçik “Spartak”ı ilə ev oyununda şans verməyib.

Millimizin üzvünün bu görüşdə iştirak etməməsinin səbəbi məlum deyil. Qeyd edək ki, Qurbanov “Volqa”nın əvəzedici heyətinin əsas üzvüdü və ola bilsin ki, zədə səbəbindən bu dəfəki görüşü buraxmalı olub.

Qarşılaşmaya gəlincə, baş məşqçi Maqomed Adiyevin yetirmələri Qurbanovun yoxluğunda xal itkisi ilə üzləşiblər. Hesabı ilk yarıda meydan sahibləri açsalar da, fasilədən sonra cavab qoluna üzülüblər – 1:1. 79-cu dəqiqədən etibarən isə “Volqa” azlıqda mübarizə aparmalı olub.