Yığmamız yenə uduzdu- - Yenilənib

yigmamiz-yene-uduzdu-
Oxunma sayı: 1797


“Qafqazinfo” xəbər verir ki, su polosu yarışlarının üçüncü günündə kişilər arasında 8, qadınlar arasında isə 6 oyun oynanılacaq.

Kişilər arasında mübarizənin “A” qrupunda Ukrayna-Fransa və İtaliya-Rusiya, “B” qrupunda Rumıniya-Almaniya, Macarıstan-Azərbaycan, “C” qrupunda Türkiyə-Yunanıstan, Monteneqro-Xorvatiya, “D” qrupunda Serbiya-İspaniya və Malta-Slovakiya qarşılaşmaları keçiriləcək.

Qadınların yarışında isə “A” qrupunda Almaniya və İsrail, Niderland ilə Böyük Britaniya, Macarıstan isə Yunanıstanla qarşılaşacaq.

“B” qrupunda isə İtaliya-Serbiya, Slovakiya-Fransa və Rusiya-İspaniya komandaları yarışacaq.

Hazırda “A” qrupunda Ukrayna və Fransa, “B” qrupunda isə Rumıniya və Almaniya milli komandaları yarışırlar.

***

Avropa Oyunları çərçivəsində kişilər arasında su polosu yarışlarının A və B qruplarında ilk matçlar başa çatıb.

Almaniya yığması Rumıniya komandasını ilə üz-üzə gəlib. Almanlar 10:5 hesabı ilə məğlub edib. Xatırladaq ki, Azərbaycan millisi də bu qrupda çıxış edir.

Paralel oyunda Fransa Ukraynaya 12:3 hesabı ilə qalib gəlib.

Digər C qrupunda isə Türkiyə- Yunanıstan qarşılaşması baş tutub. Türklər yunanlara 11:3 hesabı ilə məğlub olub.  Alman voterpolçular isə israillilərlə üz-üzə gəlib. Hesab, 10:1.

***

Millimiz Macarıstan yığmasına 23: 3 hesabı ilə uduzub.