Yığmamıza 1 qol çatmadı

yigmamiza-1-qol-catmadi
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sərfəli nəticə qazana bilməyən futzalçılarımız mübarizəni dayandırıb.
İlk oyunda rəqibinə 2:3 hesabıyla məğlub olan yığmamızın gücü cavab görüşündə 2:2-lik bərabərliyə çatıb. Andrey Tveryankin və Rizvan Fərzəlizadənin yoxluğunu hiss edən komandamız ümumi hesabı bərabərləşdirmək üçün daha bir top vurmalı olsa da, bunu bacarmayıb.

DÇ-2012-nin pley-off mərhələsi
Cavab oyunu
9 aprel

RUSİYA – AZƏRBAYCAN - 2:2
QOLLAR: Nikolay Pereverzev, 5; Aleksandr Fukin, 22 - Serjao, 18, Jadder, 30
Hakimlər: Karel Heniç, Yan Kresta, Radek Venç (hamısı Çexiya)
Hakim-inspektor: Antonius Van Eekelen (Hollandiya)
UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)
Tümen. Mərkəzi İdman Kompleksi
İlk oyun – 3:2
RUSİYA: 12. Qustavo, 5. Sergey Sergeyev (k), 9. Sergey Abramov, 10. Konstantin Mayevski, 15. İldar Nuqumanov, 1. Leonid Klimovski, 2. Vladislav Şayaxmetov, 3. Nikolay Pereverzev, 4. Dmitri Prudnikov. 7. Pula, 13. Aleksandr Fukin, 14. İvan Milovanov
Baş məşqçi: Sergey Skoroviç
AZƏRBAYCAN: 19. Elnur Zamanov, 5. Felipe, 13. Kaka, 14. Vitali Borisov, 18. Jadder Dantas, 12. Marat salyanski (k), 3. İlkin Hacıyev, 4. Serjao, 6. Zeynal Zeynalov, 7. Rəcəb Fərəczadə, 10. Seymur Məmmədov, 15. Rüfət Balakişiyev
Baş məşqçi: Joze Alesio da Silva

Ceyhun Əhmədov