Yığmamızın heyəti bəlli olub

yigmamizin-heyeti-belli-olub
Oxunma sayı: 651

Azerisport.az xəbər verir ki, Azərbaycan gimnastlarının da iştirak edəcəyi bu çempionatda ölkəmizin yığma komandasının dəqiq heyəti artıq məlumdu.

Azərbaycan yığması çempionatda aşağıdakı heyətdə çıxış edəcək: fərdi yarışlar – Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı; qrup yarışları – Anastasiya Prasolova, Ceyla Quliyeva, Aelita Xələfova, Stefani Trayanova, Səbinə Abbasova və Yevgeniya Jidkova.

Azərbaycan gimnastlarına yığma komandanın baş məşqçisi Marina Vasilevanın rəhbərlik etdiyi məşqçilər qərargahı başçılıq edəcək. Ona Dinara Gimatova və Yasena Kuyumciyeva kömək edəcək.

Hakimlər korpusunda Azərbaycanı Natalya Bulanova və Leyla Qəmbərova təmsil edəcək.
Xatırladaq ki, bu dünya çempionatında lisenziyalar uğrunda mübarizə gedəcək. Fərdi yarışlarda 2012-ci il Olimpiadasına 15 vəsiqə oynanılacaq. Lakin hər bir ölkə ən çoxu iki lisenziya qazana bilər. Qrup yarışlarında London Olimpiadasına 6 lisenziya oynanılacaq.

Olimpiadaya dünya çempionatında vəsiqə ala bilməyən idmançılar gələn il yanvar ayında Londonda keçiriləcək seçmə turnirdə iştirak edə biləcəklər.