Yığmamızın iki üzvü İspaniya klubunda

yigmamizin-iki-uzvu-ispaniya-klubunda
Oxunma sayı: 974


“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunlar 19 yaşadək qızlardan ibarət yığmamızın üzvü Şəfəq Nəsirova və U-21-in şərəfini qoruyan Maya Danqadzedi.

Onların hər ikisi İspaniyanın “Deportivo Kanillas” klubuna transfer olunub. Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış edən futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb.

Qeyd edək ki, hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla   rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.