Yığmamızın liderləri Mingəçevirə gedir

yigmamizin-liderleri-mingecevire-gedir
Oxunma sayı: 647

Azerisport.az xəbər verir ki, kanoeçilərin mübarizəsində 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Sergey Bezuqlıy – Maksim Prokopenko, 23 yaşlılar arasında qitə birincisi Andrey Kraytor kimi titullu idmançılar çıxış edəcəklər.

Onlardan Demyanenko və Bezuqlıy – Prokopenko dueti artıq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Akademik avarçəkənlərin yarışında isə dünya çempionatında lazımi nəticəni göstərərək, London olimpiadasına vəsiqə qazanmış Aleksandr Aleksandrovla Nataliya Mustafayeva, eləcə də yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı Boris Yotov bacarığını nümayiş etdirəcək. Rüfət Vəlizadə, Mirnazim Cavadov və Tamerlan Mustafayev kimi gənc və perspektivli kayakçılarımız da beynəlxalq reqatada qüvvələrini sınayacaqlar.

Əslində bir neçə ay öncə keçirilmiş dünya çempionatında akademik, kayak və kanoe qayıqlarında avarçəkənlərimiz planetin tanınmış idmançılarına qarşı çıxış edərək, yüksək hazırlıq səviyyəsində olduqlarını nümayiş etdiriblər. Onların Beynəlxalq "Mingəçevir Reqatası-2011”də də yüksək nəticələr göstərəcəkləri şübhə doğurmur. Amma yığma komandalarımızın məşqçilər heyəti tamaşaçılara dünyaca məşhur idmançılarımızın çıxışlarını izləmək imkanı yaradıb. Bu isə ənənəvi reqatanın səviyyəsinin ildən-ilə yüksəlməsinə xidmət edir. Məşqçilərimiz həm də aparıcı avarçəkənlərimizin gələn il keçiriləcək London olimpiadasına daha yüksək hazırlıq səviyyəsində yollanmaları üçün indidən səfərbər olublar.

Qeyd edək ki, Beynəlxalq "Mingəçevir Reqatası-2011”də iştirak üçün bir sıra ölkələrin müvafiq federasiyalarına dəvətlər göndərilib. Bütün iştirakçı ölkələrin adlarına tezliklə aydınlıq gələcək. Yarış “Kür” Olimpiya Mərkəzində təşkil olunacaq.