Yığmamızın oyunlarının vaxtı müəyyənləşir

yigmamizin-oyunlarinin-vaxti-mueyyenlesir
Oxunma sayı: 660

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Lüksemburqda aparılacaq müzakirələrdə qrupda mübarizə aparacaq yığma komandaların nümayəndələri iştirak edəcək. Tədbirdə millimizi AFFA-nın baş katibi Elxan Məmmədov və yığmamızın baş məşqçisi Berti Foqts təmsil edəcək.

Qeyd edək ki, F qrupunun iştirakçıları Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq yığmalarıdır.

Ceyhun Əhmədov