Yığmamızın rəqibləri müəyyənləşir

yigmamizin-reqibleri-mueyyenlesir
Oxunma sayı: 648

“Qafqazinfo” Azerisport.az saytına istinadən xəbər verir ki, Xorvatiyanın Zaqreb şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi püşkatma öncəsi Rumıniya, Sloveniya və Türkiyə ilə birgə 3-cü səbətdə yer alıb. Bu isə o deməkdi ki, yığmamız sözügedən komandalar istisna olmaqla digər iki qrupda yer alan kollektivlərlə eyni qrupa düşəcək.

Komandaların səbətlər üzrə bölgüsünü diqqətinizə çatdırırıq:

1-ci səbət: Xorvatiya, İspaniya, İtaliya, Portuqaliya
2-ci səbət: Rusiya, Ukrayna, Çexiya, Serbiya
3-cü səbət: Azərbaycan, Rumıniya, Sloveniya, Türkiyə

Qeyd edək ki, futzal üzrə Avropa çempionatı 2012-ci ilin fevralında Xorvatiyada təşkil olunacaq.