Yıldız Tilbenin fenomenə çevrilən 14 tviti...

yildiz-tilbenin-fenomene-cevrilen-14-tviti
Oxunma sayı: 2597

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe yazdığı tvitlərlə fenomenə çevrilib. “Qafqazinfo” xəbər verir ki, onun statusları hər kəs tərəfindən bəyənilir, sosial şəbəkələrdə, Türkiyə KİV-lərində yayılır, müzakirə edilir. 

Sənətçinin ən məşhur 14 tvitini təqdim edirik:

1) “Dalaşaraq həll edəcəyiniz problemləri danışaraq uzatmayın” (Kavga ederek çözebileceğiniz sorunları konuşarak uzatmayın)

2) “Hamınıza nifrət edirəm, amma tək başıma canım sıxılır” (Hepinizden nefret ediyorum ama tek başımayken canım sıkılıyor)

3) “Allah sizi könül əyləndirən insanlardan qorusun”  (Allah sizi, gönlünüzü oyalayan insanlardan korusun)

4) “Pis insanlara heç nə olmayacaq deyib Allah bəlanı verməyəcəkmi, hesab edirsən? (Kötüye bir şey olmayacak diye, Allah belanı vermeyecek mi sanıyorsun?)

5) “Mən də sevgiliyəm, sadəcə sevgilisizəm” (Ben de sevgiliyim, sadece sevgilisizim)

6) “Pis günləri tək həll edən qadına gözəl şeylər vəd edib aldada bilməzsən” (Kötü günleri tek başına atlatmış olan kadını, güzel şeyler vaat edip kandıramazsın)

7) “Ruh xəstəsi tez bir zamanda olmur, məsələn mən illərini vermişəm” (Ruh hastası öyle kolay olunmuyor, mesela ben yıllarımı verdim)

8) “Həyatıma biri girəndə mən çıxıram” (Hayatıma biri girince ben çıkıyorum)

9) “Çox gözəl qərarlar vermişəm, ehtimal ki, əməl etmərəm” (Çok güzel kararlar aldım, muhtemelen uygulamam)

10) “Bizə düşmənçilik edənləri biz də sevdik, oğlum! Onlar düşmən olma cəsarətini bizim sevgimizdən alıblar” (Bize düşmanlık edenleri de biz sevdik oğlum. Onlar düşmanlık etme cesaretini bizim sevgimizden aldılar)

11) “Səni ora biz gətirdik deyənlər, xəyal qurmayın” (Seni oraya biz getirdik diyenler, hayal kurmayın)

12) “Dikdaban ayaqqabı yaxşı şey olsaydı, atlara dikdaban nal vurardılar” (Topuklu ayakkabı iyi bir şey olsaydı, atlara topuklu nal vururlardı...)

13) “Allah düşmənimizi ac qoymasın, xəstə etməsin. Doyuzdursun, yaxşılaşdırsın və məhv etsin” (Allah düşmanımızı aç koymasın, hasta etmesin. Doyursun, iyileştirsin, kahretsin...)

14) “Özümü xoşbəxt sayanda 18, kədərlənəndə 88, normal olanda öz yaşımda hiss edirəm. Bəzən isə yaşım olmur” (Kendimi mutluyken 18, mutsuzken 88, normalken kendi yaşımda hissediyorum. Bazen yok yaşındayım)