Yıldız Tilbenin güldürən “dollar” tvitləri - Fotolar

yildiz-tilbenin-gulduren-dollar-tvitleri
Oxunma sayı: 3055

Müğənni Yıldız Tilbenin dolların Türkiyə lirəsi qarşısında sürətlə yüksəlişi ilə bağlı “lazımdırsa, biz də dollar buraxaq” sözləri sosial şəbəkələrin dilinə düşüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin Tvitter hesabından paylaşdığı “dollar” statusları isə izləyiciləri güldürüb.

Onlardan bir neçəsini təqdim edirik: 

1) Məncə, bütün ölkələrin valyuta dəyəri eyni olmalıdır. Birini digərindən üstün edən nədir ki? 

2) Bu qədər borcu necə ödəyəcəyik? Qiyamətə qədər qurtararmı? Lirə kimi dollar da buraxaq. Ya onlar buraxıb, ya biz, fərqi nədir? Dollar dollardır. 

3) Pulu ixtira edəni Allah məzarında rahat yatırtmasın!

4) Lirə buraxırıqsa, dollar da buraxarıq. Nə var ki? 

5) Dollara tüpürüm, canım lirə. 

6) İnşallah, 1-ə qədər düşər 

7) Bu boyda ölkələri özünə borclu edib yıxmağa çalışan dövlətlər batsın, inşallah!