Türkiyənin “Akhisarspor” klubunun 67 yaşlı baş məşqçisi Yılmaz Vural koronavirusa yoluxub.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Vuralla yanaşı, komandanın daha 10 üzvünün koronavirus testi pozitiv çıxıb. Onlardan 3-ü futbolçudur. “Akhisarspor”un digər oyunçuları da koronavirus testi üçün müraciət edib.
Nəticə pozitiv olarsa, sabah Bornova stadionunda keçirilməsi planlaşdırılan matç təxirə salınacaq. Bütün komanda isə ev şəraitində 14 günlük karantinə alınacaq.
Son xəbərlər
Son Xəbərlər