Yıxıldı, əlindəki stəkan qarnını kəsdi -

yixildi-elindeki-stekan-qarnini-kesdi-
Oxunma sayı: 784


“Qafqazinfo”nun Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini Ülviyyə Ələkbərova mənzilində olarkən yıxılıb. Bu zaman onun əlindəki stəkan qırılaraq qarın nahiyəsini yaralayıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

“Qafqazinfo”