Yol buz bağladı, 6 maşın toqquşdu - Fotolar

yol-buz-bagladi-6-masin-toqqusdu
Oxunma sayı: 4621

Bu gün səhər saat 8:00 radələrində Kürdəmir rayonunda zəncirvari qəza baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Amil Hacıyev paylaşım edib.

Onun məlumatına görə, qəzaya səbəb yolun buz bağlaması olub. Sürüşkən yolda ümumilikdə 6 yük və minik avtomobili idarəetməni itirərək toqquşub.

Qəza nəticəsində ölən olmasa da, bir neçə nəfər yüngün xəsarət alıb.