Yol hərəkəti təhlükəsizliyi ilə bağlı milli strategiya hazırlanır

yol-hereketi-tehlukesizliyi-ile-bagli-milli-strategiya-hazirlanir
Oxunma sayı: 910


"Qafqazinfo"nun verdiyi xəbərə görə, tədbirdə millət vəkilləri Adil Əliyev, Fazil Mustafa, Fuad Muradov, Rəfael Cəbrayılov, Elmira Axundova, Çingiz Qənizadə iştirak edib.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vaqif Əsədov, avtosfer.az saytının rəhbəri Elməddin Muradlı çıxış edərək yol polisi ilə sürücülər arasında yaşanan mübahisə və münaqişələrdən danışıb: "Bizim araşdırmalarımız göstərdi ki, yol polisinə aqressiv reaksiya verən şəxslərin əksəriyyəti əvvəllər məhkum olunmuş şəxslərdir".

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov çıxış edərək deyib ki, yol hərəkəti təhlükəsizliyi yalnız polisdən yox, cəmiyyətin hər bir üzvündən asılıdır: "Məndə olan məlumata görə, ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı milli strategiya hazırlanır. Bu strategiya əsasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı proqram qəbul ediləcək".

Deputat Rəfael Cəbrayılov çıxış edərək Vaqif Əsədovu polis polkovniki rütbəsini alması münasibəti ilə təbrik edib.

Təbdirdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işində xüsusi fəallığı ilə seçilən mülki şəxslər və yol polisi əməkdaşları mükafatlandırılıb. 

Murad Əhməd