Yol keçmək istəyən piyada xəstəxanalıq oldu

yol-kecmek-isteyen-piyada-xestexanaliq-oldu
Oxunma sayı: 1114

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində qeydə alınıb.

Hələlik sürücüsü bəlli olmayan naməlum avtomobil Şamaxı sakini 1978-ci il təvəllüdlü Hacıyev Şəfayət Əlibala oğlunu vurub. Ağır xəsarət alan piyada Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu