Yol kənarında alçasatan uşağı maşın vurdu

yol-kenarinda-alcasatan-usagi-masin-vurdu
Oxunma sayı: 3995

Sabirabadda avtomobil piyadanı vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Nizami kəndində baş verib.

Belə ki, kənd sakini 2007-ci il təvəllüdlü Səyyad Mübariz oğlu Əmirov yol kənarında alçasatan zaman "Hyundai" markalı minik avtomobili onu vurub. S.Əmirov Şirvan şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli