Yol kənarında dayananların faciəsi - İki günə 3 nəfər...

yol-kenarinda-dayananlarin-faciesi
Oxunma sayı: 3942

İstirahət günlərində Azərbaycanda baş vermiş qəzalarının üçündə yol kənarında dayanmış şəxslər vəfat edib.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 2-də saat 13 radələrində Oğuz rayonunun Xalxal kəndi ərazisində Mingəçevir şəhər sakini E.Abbasov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Əlavər Lətifovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.

Oxşar hadisə iyulun 3-də saat 4 radələrində Xətai rayonunun 8 Noyabr prospektində də baş verib. Bakı şəhər sakini T.Seyidov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolun kənarında dayanmış 30-35 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Daha bir hadisə iyulun 3-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsidə  qeydə alınıb. Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında saxlanılmış “Hyundai” markalı avtomobili və yaxınlıqda olan sürücüsü, Bərdə rayon sakini Etiram Hüseynovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Hüseynov ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.