Yol kənarında dayanmışdı, maşın vurdu

Yol kənarında dayanmışdı, maşın vurdu
Oxunma sayı: 1270

Bərdə sakinini avtomobil vurub.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. 

Belə ki, "Opel" markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanan rayon sakini Kənan Nəsirovu vurub. Yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Hüseynli

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi