Yol kənarındakı velosipedçini vurub öldürdü

yol-kenarindaki-velosipedcini-vurub-oldurdu
Oxunma sayı: 1210

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza martın 9-da saat 23 radələrində qeydə alınıb. 

Qəsəbə sakini M.Nəbiyev idarə etdiyi “Khazar” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Aydın Ağayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ağayev martın 10-da orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.