Yol nişanı var, amma piyada zolağı yox - Video

yol-nisani-var-amma-piyada-zolagi-yox
Oxunma sayı: 2815

Yolu keçən piyadalar məcbur olub yolun hərəkət hissəsi ilə gedirlər. Belə bir hal paytaxtın 4-cü mikrorayon dairəsi yaxınlığındakı 20 yanvar küçəsində qeydə alınıb.

Qafqazinfo”nun xezerxeber-ə istinadən məlumatına görə, məsələ ilə bağlı ekspert Azər Allahverənov bildirib ki, bu mənzərə yol hərəkətinin təşkilində böyük səhvdir. Nişan qoyularkən ilk növbədə piyadaların təhlükəsizliyi nəzərə alınmalıdır.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamaran Əliyev qeyd edib ki, piyada keçidini bildirən nişanlar qoyularkən insanların normal hərəkəti üçün səkilər olmalıdır. Onun sözlərinə görə, əgər piyadaların hərəkəti üçün imkan yoxdursa, onda əraziyə baxış keçirilməlidir. Yalnız bundan sonra ərazidəki uyğunsuzluq aradan qaldırıla bilər.