Yol polisi bıçaqlandı

yol-polisi-bicaqlandi
Oxunma sayı: 2008


ANS PRESS-in məlumatına görə, hadisə Tərtər rayonunda, avtovağzalın yaxınlığında qeydə alınıb. Tərtər rayon prokurorunun köməkçisi Aftandil Babayevin məlumatına görə, polis baş leytenantı Qurban Allahverdiyev sinəsindən kəsilmiş deşilmiş yara xəsarəti alıb. 

İlkin ehtimala görə, hadisəni iki nəfər törədib. Onlar artıq saxlanılıblar. Saxlanılanlardan biri Mehman Eldəniz oğlu Həsənov olub. 

İlkin ehtimala görə, saxlanılanlar avtoxuliqanlıqla məşğul olublar.