“Qafqazinfo”nun məlumatına görə, idarənin bölmə rəisi Vaqif Əsədov AzərTAc-a bildirib ki, artıq gücləndirilmiş iş saatı ilə xidmətə başlanılması üçün start verilib. Qarın, yağışın yağması ilə əlaqədar yollarda sürüşkənlik əmələ gəlib. Bütün şəxsi heyət ərazi üzrə tənzimləmə işləri aparır. Məqsəd yollarda yarana biləcək sıxlığın qarşısını almaqdır.