“Yol polisi məni bağışlayır...”- - Arif Quliyev

yol-polisi-meni-bagislayir-
Oxunma sayı: 2520


“Mənim ilk avtomobilim “VAZ-2103” olub. Həmin maşını 1988-ci ildə almışdım. Daha sonra yeni avtomobil almaq üçün “VAZ” zavodunda növbəyə dayandım. Növbəmin vaxtı çatanda “VAZ-2106” aldım. Üç il bu avtomobili idarə edəndən sonra “QAZ-2410”, daha sonra isə “QAZ-3110” aldım. Bir sözlə sonuncu maşına qədər olan bütün maşınlarım Rusiya istehsalı olub. İndi isə “Nissan Sunny” idarə edirəm. Bu avtomobili kreditlə almışam”.

A. Quliyev yol polislərindən hər zaman hörmət gördüyünü deyib: “Tanınan, sevinən insanlar nümunə olmalıdır. Çalışmalıdırlar ki, qayda pozuntusuna yol verməsinlər. Tanınmış adam səhv edəndə o az sevilir. Yol polisi bu günə qədər mənə heç vaxt protokol tərtib etməyib. Mən yol hərəkət qaydasını pozanda etdiyim səhvi boynuma alıram və yol polisi məni bağışlayır”.