Yol polisi qəza törətdi

yol-polisi-qeza-toretdi-
Oxunma sayı: 1104


“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 18-i saat 21 radələrində Salyan yolu küçəsində baş verib. Dövlət Yol Polisi İdarəsinin inspektoru polis serjantı 1992-ci il təvəllüdlü Azad Balaşzadə xidmətdən kənar vaxt idarə etdiyi Mercedes markalı 90 TD 484 nömrəli avtomobili səkiyə vurub. A.Balaşzadə DİN-in Hospitalına daxil olub, vəziyyəti qənaətbəxşdir. 

Murad Əhməd