Yol polisi saxladı, akt yazarkən qaçdılar

yol-polisi-saxladi-akt-yazarken-qacdilar
Oxunma sayı: 3478

Noyabrın 16-da saat 7 radələrində Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil konstruksiyaları dəyişdiyinə görə BDYPİ-nin əməkdaşları tərəfindən  saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, akt tərtib edilərkən sərnişin Y.Fətəliyev əlində olan balaca bükümü yerə ataraq sürücü ilə birlikdə hadisə yerini tərk edib. 

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Y.Fətəliyev saxlanılaraq narkotik vasitə ilə birgə Salyan RPŞ-yə təhvil verilib.

Araşdırmalarla həmin bükümdə 20 qramdan artıq heroin və 0,170 qram metamfetaminin olması müəyyən edilib.

Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.