Yol polisi velosipedçiləri cərimələdi

yol-polisi-velosipedcileri-cerimeledi
Oxunma sayı: 2275

Baş Dövlət Yol Polisi İdarəsi və onun struktur qurumları tərəfindən motosiklet, moped və velosiped idarə edən şəxslər tərəfindən qaydalara əməl edilməməsi hallarının qarşısının alınması məqsədi ilə reyd keçirilib.

İdarədən “Qafqazinfo”ya verilən məlumata görə, reydlər Gəncə, Ağsu, Ağcabədi, Qax, Qazax, Qəbələ, Qusar, Daşkəsən, Zaqatala, İsmayıllı, Yardımlı, Kürdəmir, Göyçay, Goranboy, Masallı, Mingəçevir, Neftçala, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı, Şəki, Şəmkir və Şirvan şəhərlərində baş tutub.

Xüsusilə son vaxtlar yollarda daha çox görünən motosiklet, moped və velosiped idarə edən şəxslər tərəfindən qaydalara əməl edilməməsi hallarının yolverilməz olduğu barədə maarifləndirmə xarakterli söhbətlər aparılıb. Bununla yanaşı qaydaları kobud şəkildə pozan velosipedçi və moped idarə edən şəxslər, habelə səs siqnalından istifadə qaydalarını pozan sürücülər barəsində də inzibati tənbeh tədbirləri görülüb.