Yol polisləri polkovniki döydülər - “Əmrə tabe olmayıb...”

yol-polisleri-polkovniki-doyduler
Oxunma sayı: 14569

Bakıda yol polisi əməkdaşları Müdafiə Nazirliyinin polkovnikini döyüblər.

“Qafqazinfo” sputnik-ə istinadən xəbər verir ki, hadisə Yeni Günəşli massivində baş verib. Dövlət Yol Polisi Suraxanı rayon şöbəsinin əməkdaşları nazirliyin polkovniki Mehman Yusifovun idarə etdiyi maşını saxlayarkən, tərəflər arasında mübahisə düşüb. İnsident zamanı ərazidəki digər həmkarlarını da köməyə çağıran polislər polkovniki döyüblər.

Mehman Yusifov baş verənlərlə bağlı Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Məlumata görə, ağır bədən xəsarətləri alan Yusifovun şikayəti üzrə materiallar Suraxanı Rayon Prokurorluğuna göndəriləcək.

 ***

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov hadisənin təfərrüartları ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, hadisə fevralın 24- baş verib.

Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Mehman Yusifov 99 CX 239 nömrəli Mercedes markalı maşınla hərəkət edərəkən Suraxanı rayon yol polis əməkdaşları tərəfindən saxlanılıb: “Hərbi geyimdə olan Mehman Yusifovdan sənədlərinin təqdim edilməsi istənilib, amma o polis əməkdaşlarının əmrinə tabe olmayıb. Polkovnikin içkili olmasından şübhələnən polislər onu müayinəyə dəvət ediblər, lakin polkovnik bundan da imtina edib. Polislərə deyib ki, siz kimsiniz, mənim sizin qədər işçilərim var.  Onun barəsində inzibati protokol tərtib olunaraq Suraxanı rayon məhkəməsinə göndərilib. Üstündən bir neçə gün keçəndən sonra, yəni dünən Mehman Yusifov Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək döyüldüyünü bildirib..