Yol qəzalarında 7 nəfər öldü

yol-qezalarinda-7-nefer-oldu
Oxunma sayı: 1213

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, avqustun 13-14-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.