Yol qəzalarında ölənlərin sayı 46 faiz artıb

yol-qezalarinda-olenlerin-sayi-46-faiz-artib
Oxunma sayı: 847

Bu ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qəzalarda 183 nəfər həlak olub, 373 nəfər xəsarət alıb. Ötən ilin ilk üç ayı ilə müqayisədə hadisələrin sayı 27 (+7,2%) fakt, ölənlərin sayı 58 (+46,4%), yaralananların sayı isə 3 (+0,8%) nəfər artıb.

Yol-nəqliyyat hadisələrinin 97,3%-i sürücülər tərəfindən qaydaların pozulması nəticəsində baş verib.

Qəzalarda həlak olan 183 nəfərdən 83-ü piyada, 46-ı sürücü, 53-ü sərnişin, 1-i isə digər hərəkət iştirakçısı olub.