Yol qəzası baş verdi, rayonun bir hissəsi qazsız qaldı - Foto

yol-qezasi-bas-verdi-rayonun-bir-hissesi-qazsiz-qaldi
Oxunma sayı: 1599

Ağsuda baş verən yol qəzası səbəbindən rayonun bir hissəsində qazın verilişi dayanıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında Ağsunun mərkəzi küçələrindən birində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetməni itirib, nəticədə yoldan çıxaraq divara çırpılıb. Qəza səbəbindən qaz xətti qırılıb. 

Hazırda “Azəriqaz” İB əməkdaşları qaz borusunu təmir etmək üçün hadisə yerində işləyirlər. 

Rəşad Türkoğlu