Yol qəzasında 30 nəfər öldü

yol-qezasinda-30-nefer-oldu
Oxunma sayı: 1071

Tanzaniyada ağır yol qəzası baş verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Singida ərazisində iki avtobus toqquşub. Hadisə nəticəsində 30 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Bildirilir ki, hər iki avtobus eyni firmaya məxsus olub.

Qəza barədə məlumat verən bölgə polisinin sözlərinə görə, hadisədən 45 dəqiqə əvvəl sürücülərdən birinə yüksək sürət səbəbilə xəbərdarlıq edilibmiş.

Aysel Kərimova