"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, hadisə avqustun 20-də saat 10 radələrində baş verib. Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi “VAZ-21063” və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.
Nəticədə İlham Azayev hadisə yerində ölüb, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Əliağa Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilib, Cavid Azayev orada ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər