Yol terroru daha iki can aldı

yol-terroru-daha-iki-can-aldi-
Oxunma sayı: 763


"Qafqazinfo" DİN-in  saytına istinadən xəbər verir ki, qəzaların hər ikisi bu gün baş verib. Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Yaqub Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sərnişin Etibar Quliyev hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırmalar aparılır.

Digər bir hadisə isə Sumqayıt şəhərinin Koroğlu prospektində baş verib. Şəhər sakini  Səməd Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Seyfulla Mürsəlovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.