“Qafqazinfo” xəbər verir ki, gecənin maraqla gözlənilən matçlarından biri Londonda “Çelsi” ilə “Qalatasaray” arasında oynanılacaq. İstanbulda keçirilən ilk matç 1-1 hesablı bərabərliklə yekunlaşıb. Belə nəticə heç şübhəsiz ki, bu gün “Çelsi”yə sərf edəcək. Lakin “Qalatasaray”ın da turu keçmək şansı tam bitmiş deyil.
Cim Bom növbəti tura adlamaq istəyirsə, bu matçda mütləq qol vurmlalıdır. Qolsuz bərabərlik və ya məğlubiyyət “Qalatasaray”ı elə 1/8 finalda saxlayacaq. 2-2 və ya daha böyük hesablı bərabərlik və hər hansı hesablı qələbə də İstanbul təmsilçisinə növbəti turu gətirəcək.
18 mart
Saat 23:45
“Çelsi” -“Qalatasaray”
İqbal
Son xəbərlər
Son Xəbərlər