Goranboy rayonundada bıçaqlanma olub.
“Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolun rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində baş verib.
Sözügedən yerdə bıçaqlanan 1981-ci il təvəllüdlü Ramin Mansurov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məlumata görə, R.Mansurovun avtomobilində texniki nasazlıq olduğundan o, yolun kənarında qalıb. Bu zaman bir neçə nəfər ona yaxınlaşaraq bıçaqlayıblar. Naməlum şəxslərin R.Mansurovun üzərindən 1000 manat pul apardığı da deyilir.
Faktla bağlı araşdırma aparılır.
***
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Elmir Məmmədov saxlanılıb: “İlkin məlumata görə, bir müddət öncə avtomobil ustası olan Elmir Məmmədov Ramin Mansurova məxsus maşını təmir edib. Dünən Ramin Mansurov Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində həmin avtomobili ilə hərəkətdə olarkən yolun kənarında Elmir Məmmədovu görüb və avtomobili saxlayara qona maşınını yaxşı təmir etməməsi ilə bağlı iradını bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb, Ramin Mansurov yerdən götürdüyü daş parçası ilə Elmir Məmmədovu vurub, Elmir Məmmədov da Ramin Mansurovu bıçaqlayıb.
Hadisə yerindən 1000 manat pulun götürülməsi ilə bağlı istintaqda hər hansı bir məlumat yoxdur”.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər