“Yoldaşım orada ağlayır, mən də burada...” - Fotolar+Video

“Yoldaşım orada ağlayır, mən də burada...”
Oxunma sayı: 4560

Xəbər verdiyimiz kimi, bu gündən etibarən 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa da götürülür. 

Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

80 yaşlı paytaxt sakini Həsən Qədirov deyir ki, karantinin başlaması onu həyat yoldaşından ayrı salıb: “Mən Azərbaycan vətəndaşıyam, məni qoydular bəridə. Həyat yoldaşım isə Gürcüstan vətəndaşıdır. O getdi həmin ölkəyə, mən qaldım burada. O, orada ağlayır, mən də burada ağlayıram... Görək bizi nə vaxt buraxacaqlar?!”

Xatırladaq ki, 24 mart saat 00:00-dan 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilmişdi. 

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal 2 aya yaxın qadağadan sonra küçəyə çıxan yaşlıların görüntülərini çəkib: