“Bakı Beynəlxalq Avtovağzalının qarşısındakı hissədən “Ekologiya postu” deyilən əraziyə qədər yol ayrıcında olan dəmir arakəsmələr beton plitələrlə əvəzlənir”.
“Qafqazinfi” xəbər verir ki, bunu azvision.az-a açıqlamasında "Azəryolservis" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, “Ekologiya postu”ndan başlayaraq Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər olan hissədə yol kənarlarında olan dəmir arakəsmələr bəzi hissələrdə sökülüb.
O, qeyd edib ki, dəmir arakəsmələr sərt döngələr və ağacların yola yaxın olduğu yerlərdə saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər