Yollarda görmə məsafəsi məhdudlaşacaq

yollarda-gorme-mesafesi-mehdudlasacaq
Oxunma sayı: 1642

Mayın 20-də səhər saatlarında dağlıq ərazilərdən keçən magistral avtomobil yollarının bəzi hissələrində zəif duman ilə əlaqədar olaraq görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.