Bu barədə “Qafqazinfo”ya məlumat verən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı bildirib ki, hazırda Həsən Əliyev küçəsində hər iki istiqamətdə sıxlıq müşahidə olunur: “Daha sonra Xətai prospektində Təhsil Nazirliyi istiqamətində sıxlıq var. Badamdar istiqamətində yolda təmir aparılması ilə bağlı avtomobillərin asta hərəkəti müşahidə olunur. Bundan əlavə, Şeyx Şamil küçəsindən İçərişəhər metrosuna doğru, Qara Qarayev prospektində Laçın ticarət mərkəzinin qarşısında da sıxlıq müşahidə olunur.”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər