Yollardan video paylaşan 18 yaşlı “avtoş” saxlanıldı - Foto

yollardan-video-paylasan-18-yasli-avtos-saxlanildi
Oxunma sayı: 4170

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Kəlbəcər rayon sakini, 18 yaşlı Səfər Mürsəlovun sürücülük hüququ olmayıb. 

O, idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq edərək etdiyi hərəkətləri videogörüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirib. 

S.Mürsəlov barəsində Göygöl RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati
qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.