Yolların bağlanması insidentə səbəb olub

yollarin-baglanmasi-insidente-sebeb-olub
Oxunma sayı: 2593


Şahidlərin “Qafqazinfo”ya vediyi məlumata görə, Lökbatan dairəsindən Bibiheybət məscidi tərəf istiqamətində yol bağlanıb. Sürücülərə Sədərək ticarət mərkəzinə gedən yoldan istifadə etmək göstərişi verilib. TM-in yanında isə sürücülər yenə bağlanmış yolla rastlaşıblar. Bu da marşrut avtobusu və minik avtomobili sürücüləri ilə yol polisi arasında insidentə səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bayram tədbirləri ilə əlaqədar şəhərə giriş üçün bir neçə yolun bağlanması marşrut avtobuslarının hərəkətində çətinlik yaradıb: “Səhər həmin ərazidə 207 saylı marşrutda problem yaranıb. Çünki onun hərəkət istiqamətin  “Azneft” dairəsinə doğrudur. Həmin istiqamətdə yol bağlı olduğu üçün kiçik insident yaşanıb. Hazırda Lökbatan dairəsində Sədərək Ticarət Mərkəzində doğru yolda vəziyyət normaldır. 207 saylı marşrtu avtobusunun hərəkətində heç bir problem yoxdur. Tədbirin rəsmi hissəsi başa çatdığı üçün “Azneft” dairəsi istiqamətində yol açılıb. Marşrutlar da normal qaydada öz hərəkətini dava etdirir. 207 saylı marşrut avtobusu ilə bağlı yaşanan hadisə ilə bağlı sahibkar ilə danışıb aydınlaşdırmağa çalışırıq”.

Murad Əhməd