Yolu azan erməni qarşı tərəfə təhvil verilib

yolu-azan-ermeni-qarsi-terefe-tehvil-verilib
Oxunma sayı: 2172

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumata görə, bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub: “Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib”.

Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməniəsilli mülki şəxs qarşı tərəfə qaytarılıb.