Yolu keçən piyadanı vurub öldürdü

yolu-kecen-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1077

Binəqədi rayonu ərazisində avtomobillə paytaxt sakini vurulub.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, yanvarın 17-də saat 22 radələrində rayon ərazisində Bakı şəhər sakini R.Piriyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini X.Müşfiqlini vurub. 

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 24-də orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.