Yolu keçən velosipedçini vurub öldürdü

yolu-kecen-velosipedcini-vurub-oldurdu
Oxunma sayı: 1211

Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 17-də saat 19 radələrində qeydə alınıb. 

Ağcabədi rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Qarallar kənd sakini  Fərhad Əhmədovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən qraşdırma aparılır.