Yolu keçərkən 15 yaşlı oğlanı maşın vurdu

yolu-kecerken-15-yasli-oglani-masin-vurdu
Oxunma sayı: 814

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Küçərli kənd sakini, 2002-ci il təvəllüdlü Yunusov Nicat Səməd oğlu yolu keçərkən VAZ 2107 markalı avtomobil tərəfindən vurulub.
 
Xəsarət alan N. Yunusov Bərdə Mərkəzi Rayon Xəstəxanasına  çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.
 
Faktla bağlı araşdırma aparılır, sürücünün kimliyi dəqiqləşdirilir.